ƏBU CƏHL

(2/624-cü ildə öldürülmüşdür) – Məhəmməd peyğəmbərin barışmaz düşməni olmuşdur. Qureyş qəbiləsinin məxzumilər qoluna məxsus idi. O, Əsl adı Əmr ibn Hişamül-Müğirə olmasına baxmayaraq müsəlmanlar onu Əbu Cəhl (cahillik atası) adlandırmışlar. Əbu Cəhl Məhəmməd peyğəmbərlə eyni yaşda idilər. O, Məhəmməd peyğəmbərə ilk günlərdən qarşı çıxmış, Məkkənin ilk müsəlmanlarını təqib etmişdir. O, İslam tarixində ilk öldürülmüş müsəlman qadın olmuş Məhəmməd peyğəmbərin səhabəsi Əmmar ibn Yasirin anası Sümeyyəni qətl etdirmişdir. Əbu Cəhl Məkkədə müsəlmanların boykot edilməsinin tərəfdarlarından və təşkilatçılarından biri olmuşdur. O, Məhəmməd peyğəmbərin Mədinəyə hicrətindən az əvvəl, onun öldürülməsi üçün Məkkədən qatilin seçilməsi təklifini də irəli sürmüşdür. Ancaq, bu qəsd peyğəmbərin bundan az əvvəl evindən çıxıb getməsinə görə nəticəsiz qalmışdır. Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra Əbu Cəhl onlara qarşı düşmənçiliyini davam etdirmişdir. O, Əbu Süfyanın karvanını qorumaq üçün yola düşən Qüreyşlilərin yaraqlı dəstəsinə başçılıq etmişdir. Müsəlmanların onlarla ilk böyük toqquşması baş vermişdir. O, bu karvanın sağ-salamat Məkkəyə yaxınlaşdığı xəbərini alandan sonra belə geriyə qayıtmamış, yürüşü davam etdirmişdir. Qüreyş yaraqlıları müsəlmanlarla Bədr quyuları yaxınlığında qarşılaşmışdırlar. Burada ayrı-ayrı məkkəlilər savaşdan yayınıb geriyə çəkilmək istəmişlər. Əbu Cəhl onları qorxaqlıqda suçlayaraq döyüşün başlanmasına əmr vermişdir. Döyüşdə bütpərəstlərin qoşununu müsəlmanlar darmadağın etmiş, Əbu Cəhl isə bu döyüşdə öldürülmüşdür.
ƏBU BƏKR
ƏBU DAVUD